Rusiyada pomidor “od tutub yandı”: Atəşi Azərbaycana “düşdü”
Sentyabr ayında Rusiyada pomidorun qiyməti rekord səviyyədə bahalaşıb.
Musavat.com Rusiya Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, ötən ay “qırmızı qızıl” 21,7 faiz artıb. Ondan sonra gələn bananın qiyməti 19,3 faiz artıb.
Ən çox ucuzlaşma ağ kələmdə 22,7 faiz, yerkökündə 17,6 faiz olaraq qeydə alınıb: “Bəzi meyvə-tərəvəz növlərinin qiymətlərində, o cümlədən pomidorun 21,7 faiz, bananın 19,3 faiz, xiyarın 13,2 faiz, portağalın 12,2 faiz, sarımsağın 3,7 faiz, armudun 3,6 faiz artım qeydə alınıb. Eyni zamanda ağ kələmin qiyməti 22,7 faiz, yerkökü 17,6 faiz, kartof 13,9 faiz, soğan 13,5 faiz, alma 9,6 faiz, üzüm 7,1 faiz, süfrə çuğundurunun qiyməti 6,6 faiz ucuzlaşıb”.
Qeyd edək ki, Rusiya bazarı Azərbaycan pomidorunun əsas ixrac bazarıdır. Ölkəmizdən ixrac olunan pomidorun 90 faizindən çoxu bu bazarda reallaşdırılır. Ötən ay yalnız satış bazarında deyil, Azərbaycanın özündə də pomidor kəskin bahalaşıb: 1-1,5 manatdan 4-5 manata qədər. Bu artımın əsas səbəbi isə belə görünür ki, satış bazarındakı bahalaşmadan qaynaqlanır. Çünki pomidor istehsalçıları bir qayda olaraq daxildəki qiymətləri əsas ixrac bazarındakın uyğunlaşdırırlar.
Share this content:
Post Comment